Pekin görünmez oldu
05 Oktyabr 2013 Şənbə 16:34
Bu şeherde çirklenmenin seviyyesi normadan 7 defe çoxdur.
Çinin paytaxtı Pekin şəhəri demək olar ki, görünmür. Buna səbəb hava çirklənməsinin yüksək həddə çatmasıdır. Paytaxtda bayram həftəsi olmasına və iş yerlərinin fəaliyyət göstərməməsinə baxmayaraq, sakinlər respirator maskaları ilə bayıra çıxmağa məcburdur.
Adətən bayram günlərində fabrik və zavodlar işləmədiyi üçün hava nisbətən təmiz olardı. Bu gün səhər saatlarında aparılan ölçmələrdə smoqda olan hissəciklərin həcmi bir kub metr üçün 350 mikroqram təşkil edib. Normal həyat şəraiti üçün isə bu göstərici bir kub metrdə 50 mikroqramı keçməməlidir. Bu o deməkdir ki, çirklənmənin səviyyəsi normanı 7 dəfə keçib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar