Paytaxt yoxsa cəbhə?
19 May 2010 Çərşənbə 19:30
Tayland paytaxtında komendant saatı elan edilib.
Taylandda hökumət əleyhinə təşkil olunan nümayişlərin liderləri hərbçilərə təslim olsa da, etirazçıların belə bir addım atmaq niyyəti yoxdur. Etirazçıların iki bələdiyyə şurası binası, bir televiziya və bir birja binasına hücumu nəticəsində beş nəfər ölüb. Paytaxt Banqkokda küçəyə çıxmaq qadağan edilib.
Hökumət də müxalifət mənsublarının etiraz nümayişəri keçirdiyi Banqkokun tam nəzarətə götürülmədiyini bildirib. Nümayişçilər aksiyalar zamanı ticarət mərkəzləri də daxil olmaqla 20-yə yaxın binanı yandırıblar. Baş verən toqquşmalar səbəbindən birjaların fəaliyyətinə də iki gün fasilə verilib.
Keçirilən əməliyyatlar zamanı hərbçilər “Qırmız köynəklilər”in Banqkokdakı düşərgəsinə hücum edib, nümayişlərə rəhbərlik edən beş müxalifət lideri həbs edilib. Bütün bunlara baxmayaraq, nümayişlər səngimək bilmir. Hərbçilərin açdığı atəş nəticəsində bir İtaliya jurnalisti və 5 nəfər həlak olub.
Ölkənin Müdafiə Nazirliyi isə bu gün axşamdan etibarən komendant saatının tətbiq ediləcəyini bildirib. Hərbçilərin yaydığı məlumata görə, saat 20:00-dan səhər saat 06:00-ya qədər küçəyə çıxmaq qadağan ediləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: