Paytaxt sakinləri şəhəri 244 m hündürlükdən görə biləcəklər
11 Yanvar 2013 Cümə 13:37
Möhtəşəm "Şard" qülləsi londonlular və turistləri gözləyir
Londonun ən yüksək müşahidə qülləsi "Şard" öz qapılarını yerli sakinlər və turistlərin üzünə açmağa hazırlaşır. 72-ci mərtəbədə 244 metr hündürlükdən 360 dərəcəlik görmə imkanı verən "Şard" qülləsinə biletlər bir neçə ay öncədən 25 funt sterlinqə satılıb.
Memar Renzo Pianonun işi olan qüllədə ofis, otel, restoran və mənzillər yerləşir. Dünyanın ən yüksək qüllələri siyahısında 30-cu yerdə qərarlaşan "Şard" Qərbi Avropada yalnız Moskvadakı "Merkuri Şəhər Qülləsi"ndən 29 metr fərqlə geridə qalır.
Londonu yüksəklikdən görmək istəyənlər 72-ci mərtəbəyə saniyədə 6 metr qalxan liftlə çatacaqlar. Qeyd edək ki, "Şard" öz qapılarını onların üzünə fevralın 1-də açacaq.
DOSTLARINLA PAYLAŞ: