Paytaxt merinin arvadına maşın sürmək qadağan edildi
21 Aprel 2013 Bazar 17:29
Giqi Uqulavanın həyat yoldaşı sərxoş halda sükan arxasına əyləşdiyi üçün cəzalandırılıb.
Tiflis meri Giqi Uqulavanın həyat yoldaşı 1 il müddətində maşın sürə bilməyəcək. ANS PRESS-in yerli mediyaya istinadən verdiyi məlumata görə, Lela Kiladze sərxoş halda sükan arxasına əyləşdiyi üçün patrul polisi onu saxlayıb. Bu ikinci belə hal olduğundan merin arvadı sürücülük vəsiqəsindən məhrum edilib.
Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, insident bir neçə gün öncə yaşanıb.
DOSTLARINLA PAYLAŞ: