Patriarx Kirill xəstəxanaya yerləşdirilib
06 Avqust 2011 Şənbə 11:51
Patriarx Kirill kəskin virusoloji xəstəliyə yoluxub.
Moskva və Bütün Rusiyanın patriarxı Kirill xəstəxanaya yerləşdirilib. ANS PRESS-in RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, patriarx Moskva şəhər Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilib.
Kirillin Ukraynaya səfərindən sonra kəskin virusoloji xəstəliyə yoluxduğu bildirilir. Həkimlər patriarxa yaxın günlər ərzində planlaşdırdığı səfərləri təxirə salmağı və iş qrafikində müəyyən dəyişiklik etməyi məsləhət görüblər.
Həkimlər patriarx Kirillin səhhətinin normal olduğunu və narahatçılığa heç bir səbəb olmadığını bəyan ediblər. anspress
DOSTLARINLA PAYLAŞ: