Şotlandiyada hündürmərtəbəli binanın sökülməsi üçün 28 kiloqram partlayıcı maddədən istifadə edilib.
Şotlandiyanın paytaxtı Qlazqoda 16 mərtəbəli bir binanın sökülməsi prosesi lentə alınıb. Binanın partladılması üçün 28 kiloqram partlayıcı maddədən istifadə edilib.
1960-cı ildə inşa edilmiş bina 2007-ci ildə Şotlandiyada qəbul olunmuş və bütün hündür binaların sökülməsini nəzərdə tutan qanun çərçivəsində sökülüb. Bina uçurulmazdan əvvəl orada yaşayan 300-dən çox sakin köçürülüb.