Partiya liderləri həbs olundu
28 Sentyabr 2013 Şənbə 13:43
Yunanıstan Ali Məhkəmə prokurorunun sanksiyası əsasında Qızıl Şəfəq Partiyasının 33 üzvü haqqında həbs qərarı verilib.
Yunanıstanın radikal sağçı Qızıl Şəfəq Partiyasının lideri və sədri həbs olunublar. Onlardan başqa millət vəkilləri də daxil olmaqla, bir çox partiya üzvünün həbs olunması ilə bağlı qərar verilib.

ANS PRESS-in Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi xəbərə görə, partiyanın lideri 56 yaşlı Nikos Michaloliakos və partiya sədri Ilias Kassidiairis Ali Məhkəmə prokurorunun verdiyi sanksiya əsasında bir neçə saat əvvəl saxlanılaraq Afina Polis İdarəsinin Terrorla Mübarizə şöbəsinə aparılıblar.

Onlara qarşı "mütəşəkkil cinayətkar təşkilatı yaratmaqda və fəaliyyət göstərmək" ittihamı irəli sürülüb. Prokurorun onlardan başqa 3 deputat olmaqla, daha 33 partiya üzvü haqqında həbs sanksiyası verdiyi bildirilir.

Qeyd edək ki, Yunanıstanda 1974-cü ildə demokratiyaya keçid baş verdikdən sonra ilk dəfədir parlamentin millət vəkilləri haqqında toxunulmazlıq hüququ barədə qərarını ləğv etmədən partiya lideri və millət vəkilləri həbs olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar