Parlamentdə insident
12 İyul 2013 Cümə 12:52
Ukraynada deputatlar sessiyanı yarımçıq qoyaraq parlament binasına daxil olmaq istəyən müxalifətlə mübarizəyə qoşulub.
Hər zaman öz qalmaqalları ilə diqqət mərkəzində olan Ukrayna Ali Radasında növbəti belə insident yaşanıb. Sessiya zamanı müxalifət nümayəndələrinin Radanın binasına daxil olmağa çalışması iclası yarımçıq qoyub. Deputatlar öz işlərini ataraq müxalifətlə mübarizəyə qoşulublar.

Evronyus telekanalının məlumatına görə, Ukraynanın xüsusi milis qüvvəsi olan “Berkut”un ərazini dövrəyə almasına baxmayaraq, müxalifətçilər zala daxil olaraq, sessiyanın işinə mane olublar. Ali Radanın “Kiyev şurası” adlı fraksiyasının sədri deputatların dələduz hərəkətlərindən prokurorluğa şikayət etməklə hədələyib. Basqın nəticəsində, kiyevli deputatların işi yarımçıq qalıb və heç bir məsələ müzakirə olunmayıb. Müxalifətçilər binanı hələ səhər saatlarından mühasirəyə alıb. Onlar proporsional sistemlə seçilən 120 deputatdan ibarət Kiyev Şəhər Şurasını qanunsuz hesab edir, yeni millət vəkillərinin və merin seçilməsi üçün növbədənkənar seçkilər tələb edir.

Müxalifətin fikrincə, Şəhər Şurasının səlahiyyət müddəti seçkilərdən beş il sonra, hələ iyunun 2-də bitib, yeni seçkilərin isə yalnız 2015-ci ildə keçiriləcəyi gözlənilir. Digər tərəfdən şəhərin meri hələ ötən ilin may ayında istefa verib. Müxalifət Kiyev Şəhər Şurasının müvəqqəti olaraq bağlanmasını öz qələbəsi kimi elan edib. Paralel olaraq şəhər deputatları isə şuranın əvvəlki kimi legitim qaldığını, özlərinin isə sadəcə yay məzuniyyətinə çıxdıqlarına əmin edir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar