Parkdan 15 min dollarlıq almaz tapdı
18 Avqust 2013 Bazar 08:38
Parkdan 15 min dollarlıq almaz tapdı. Almaz 5.16 karat böyüklükdə olub.
12 yaşlı Maykl Detlaff ABŞ-ın Arkanzas ştatında “Almaz krateri” adlı parkda gəzərkən almaz tapıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, 1972-ci ildən turistlərə açıq elan edilən parka gələnlər burada tapdıqları hər şeyi özləri ilə apara bilərlər.

Tez-tez turistlər buradan balaca almazlar tapa bilirlər. Detlaff da digərləri kimi yerdə almaz axtarıb. O, parkda cəmi 10 dəqiqə gəzməsinə baxmayaraq 5.16 karat böyüklükdə almaz tapıb.

Səlahiyyətlilər bunun parkda indiyə qədər tapılmış ən böyük almaz olduğunu bildiriblər. Detlaff tapdığı almazı “Şükür” adlandırıb. Almazın böyüklüyünə baxmayaraq dəyərinin 15 min dollar olduğu bildirilib.

Qeyd edək ki, bu hadisədən sonra insanların parka olan marağı daha da artıb.





DOSTLARINLA PAYLAŞ:

oyunlar