Parisdə hicab qadağasına etiraz edənlər həbs olundular
10 Aprel 2011 Bazar 02:20
Saxlanılan 61 nəfərin arasında 19 qadın da var.
Fransanın hüquq-mühafizə orqanları Parisdə hicab qadağasına qarşı icazəsiz etiraz aksiyası dağıdılıb. “Associated Press” agentliyinin məlumatına görə, aksiyanın qarşısı alınarkən 61 nəfər, o cümlədən, 61 qadın həbs edilib. Paris polisinin nümayəndəsi Nikolya Lernerin sözlərinə görə, 59 nəfər Parisin qərbindəki meydanda etiraz aksiyası təşkil etməyə cəhd zamanı saxlanılıb. Daha iki nəfər isə etiraz aksiyalarında etiraz etmək üçün Böyük Britaniya və Belçikadan gəldikdən sonra saxlanılıb.
Paris polisinin nümayəndəsi nümayiş təşkilatçılarının ictimai yerlərdə hicab qadağası əleyhinə etirazlarla bağlı çağırışları “zorakılığa və irqi ədavətə cəhd” adlandırıb.
Xatırladaq ki, ictimai yerlərdə və küçədə qadınların üzünü bağlayan geyimlərin qadağan edilməsi barədə qanun layihəsi Fransa Senatında 2010-cu ilin sentyabrında qəbul edilib. Qanun gələn həftədən qüvvəyə minəcək. anspress
DOSTLARINLA PAYLAŞ: