“Paris” “Əlcəzair” olacaq
10 Yanvar 2012 Çərşənbə Axşamı 02:58
Qondarma soyqırımını cinayət sayan qanun layihəsinə qarşı etiraz edən Ankara bələdiyyə məclisi bəzi addımlar atıb.
Türkiyədə Fransa parlamentində qəbul edilən qondarma soyqırımını cinayət sayan qanun layihəsinə qarşı etirazlar çoxalır. Bu çərçivədə paytaxt Ankara bələdiyyə məclisi bəzi addımlar atıb. Belə ki, bələdiyyə məclisinin üzvləri Fransa səfirliyinin yerləşdiyi “Paris” prospektinin “Əlcəzair” prospekti kimi dəyişdirilməsi, “Deqol” prospektinə əlcəzairli milli qəhramanlardan birinin adı verilməsi və səfirliyin olduğu yerdə Əlcəzair soyqırımı abidəsinin tikilməsini təklif ediblər. Qeyd edək ki, təkliflər məclisdə qəbul edilərək icra müdirliyinə göndərilib.
DOSTLARINLA PAYLAŞ: