Paraqvay Amerika hərbçilərinə qadağa qoyub
18 Sentyabr 2009 Cümə 05:10
Prezidenti Fernando Luqo: “Ölkədə ABŞ-la Kolumbiya arasında hərbi bazalarla bağlı razılaşmadan narahatlıqlar artır”
Paraqvay hakimiyyəti 500 Amerika hərbçisindən ibarət qrupun ölkə ərazisinə daxil olmasını qadağan edib. Bunu Paraqvay prezidenti Fernando Luqo bəyan edib. Amerikalılar əməkdaşlıq sazişi əsasında paraqvaylı hərbçilərə təlim keçirməsi və ölkənin yoxsul bölgələrində əhaliyə tibbi yardım üçün Paraqvaya getməli idilər.
Fernando Luqo bildirib ki, 500 Amerika hərbçisinin gəlişi Paraqvayda mütləq hiss olunacaqdı. Çünki ölkədə ABŞ və Kolumbiya arasında hərbi bazalarla bağlı razılaşmadan narahatlıqlar artır.
ABŞ-ın Paraqvaydakı səfiri ölkə rəhbərliyinin qərarından təəssüfləndiyini bildirib. Lakin o deyib ki, Vaşinqton bu qərarı anlayışla qarşılayır.
DOSTLARINLA PAYLAŞ: