Papua Yeni Qvineyada zəlzələ baş verib
15 Mart 2012 Cümə Axşamı 04:00
Dağıntılar və insan tələfatı barədə məlumat yoxdur.
Papua Yeni Qvineyada şiddətli zəlzələ baş verib. ABŞ geoloji araşdırmalar mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar paytaxt Port Marbinin 599 km şimal şərqində qeydə alınıb. Mərkəzin məlumatına görə, zəlzələ yerin 47 km dərinliyində baş verib və yeraltı təkanların şiddəti 6.4 bal olub.
Qeyd edək ki, Sakit okean sunnami mərkəzi sunamiyə qarşı hər hansı bir xəbərdarlıq yaymayıb. Dağıntılar və insan tələfatı barədə isə məlumat verilməyib.
DOSTLARINLA PAYLAŞ: