Papadan it pişik saxlayanlara sərt ismarış
04 İyun 2014 Çərşənbə 04:07
Katoliklərin ruhani lideri Papa Fransisk uşaq sahibi olmaq əvəzinə, evlərində pişik və it saxlayan cütlüklərə sərt ismarış göndərib.
ANS PRESS-in məlumatına görə, dəbdəbədən uzaq olmağa çalışan Papa Fransisk "Papa sarayı"nda yaşamaq əvəzinə, yenə Vatikandakı müqəddəs Marta mehmanxanasında yaşamağa qərar verib. O, ötən gün səhər orada təşkil etdiyi ayində 15 evli cütlüyü qəbul edib.
25 - 60 yaş arası cütlüklərin qarşısında çıxış edən Papa Fransisk evlilikdə inanc və sadiqlik qədər məhsuldarlığın da əsas olduğunu dilə gətirərək, daha azad, daha rahat bir həyat yaşaya bilmək üçün uşaqdan imtina edənlərə qarşı çıxıb.
Hətta, İsa Peyğəmbərin də uşaq sahibi olmamasına baxmayaraq, övlad istənməyən evlilikləri sevmədiyini bildirən papa, daha sonra sözlərini bu cür davam edib:
"Evdə pişik və itə sahib olmaq, bütün sevgimizi onlara vermək, bəlkə daha rahatdır. Lakin bu evliliyin sonunda yaşlılıq da var."
DOSTLARINLA PAYLAŞ: