Roma Papası XVI Benedikt Fələstinə səfərindən sonra bu gün səhər saatlarında yenidən İsrailə qayıdıb. «İhlas» xəbər aentliyinin məlumatına görə, o, Nasıra qəsəbəsindəki Kedumim dağı yaxınlığında 20 min insanın iştirak edəcəyi dini ayini idarə edəcək. Dağ yaxınlığında ayinin təhlükəsizliyini təmin etməyə 5 min, qəsəbəyə isə ümumilikdə 8 min polis cəlb edilib.
Papa səfəri çərçivəsində İsa peyğəmbərin uşaqlığının keçdiyi bildirilən yerləri gəzəcək. Onu İsrailin baş naziri Binyamin Netenyahu müşayiət edəcək. XVI Benedikt Təbliğ Kilsəsində də olacaq./ANS PRESS/