Papa İordaniya krali ile Suriyadan danışıb.
Roma Papası Francis İordaniya kralı Abdullah ilə görüşüb. ANS PRESS-in "Euronews"a istinadla verdiyi məlumata görə, görüş Romada baş tutub və 20 dəqiqə davam edib.
Görüş zamanı Papa və kral Suriyadakı qarşıdurmaların yeganə yolunun dialoq olduğunu qeyd ediblər.
Qeyd edək ki, görüşdə kralın həyat yoldaşı şahzadə Rainada iştirak edib. Papanın görüşü isə ortaya maraqlı görüntülər çıxarıb. Belə ki, Papa Francis şahzadə ilə görüşəndə onun qarşısında baş əyib.