I Françesko İsa peyğəmbərin son axşam yeməyindəki 12 həvarinin şərəfinə 12 məhkumun ayağını yuyub.
Katolik dünyasının yeni seçilən papası Xorxe Mario Berqolio (I Françesko) ötən gün həzrəti İsa peyğəmbərin son axşam yeməyindəki 12 həvarinin şərəfinə 12 məhkumun ayağını yuyub. Məlumata görə, “Casal del Marmo” adlı uşaq xəstəxanasında baş vermiş hadisədə ayağı yuyulan məhkum uşaqlardan biri müsəlman olub. Papa I Françesko, “Aramızda ən ali səviyyədə olanlar digərlərinə xidmət göstərməlidir” – deyib. Qeyd edək ki, papa daha sonra məhkumları qucaqlayıb və öpüb.