Papa da Somalılar üçün dua etdi
15 May 2014 Cümə Axşamı 05:34
Katoliklərin dini lideri papa Fransisk daha bir insani hərəkəti ilə diqqət çəkib.
ANS PRESS-in məlumatına görə, katoliklərin ruhani lideri papa Fransisk ötən gün təşkil edilən həftəlik ayində Türkiyədə kömür mədənində baş vermiş faciədə ölənləri yad edərək, ayin iştirakçılarına onların ailələri üçün dua etmələrinə çağırıb.
"Sevgili qardaşlarım, sizə Somada ölən və hələ qapalı şəraitdə, yer altında köməksiz vəziyyətdə qalan mədən işçiləri üçün dua etməyinizi istəyirəm. Tanrı qurbanların günahlarını bağışlasın." - deyə papa Fransisk ötəngünkü ayində katoliklərə müraciətlə bildirib.
Qeyd edək ki, Türkiyənin Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş faciə may ayının 13-də olub. Son məlumatlara əsasən, ölənlərin sayı 275-dir. Axtarışlara isə bir neçə saatlıq fasilə verilib.
DOSTLARINLA PAYLAŞ: