Panama kanalında gəmilərin hərəkəti niyə dayanıb?
09 Dekabr 2010 Cümə Axşamı 06:30
İntensiv yağışlar səbəbilə kanalda suyun səviyyəsi yüksəlib və bu vəziyyət gəmilər üçün təhlükə yaradır
Atlantik okeanı ilə Sakit okeanı birləşdirən Panama kanalında gəmilərin hərəkəti dayandırılıb. Buna səbəb intensiv yağışlar səbəbilə kanalda suyun səviyyəsinin yüksəlməsi və bu vəziyyətin gəmilər üçün təhlükə yaratmasıdır. Məlumata görə kanaldan axırıncı gəmi ötən gün günorta vaxtı keçib. Hal-hazırda kanalda suyun səviyyəsinin aşağı düşürlməsi üçün işlər aparılır.

Uzunluğu 80 km olan kanaldan hər gün təxminən 40 gəmi keçir. Xatırladaq ki, Panama kanalı Süveyş kanalı kimi dəniz səviyyəsində deyil. Gəmilər kanalın girişində və çıxışında olan böyük qapaqların su səviyyəsinin azaldılıb çoxaldılması ilə burdan keçir. Bir gəminin Panama kanalından keçmə müdəti isə təxminən 9 saatdır.

Qeyd edək ki, kanal 1989-cu il ABŞ-ın bölgəni işğal etməsindən sonra ilk dəfə bağlanır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar