Pan Ki Mun Suriya ile elaqeli açıqlama verib
04 Sentyabr 2013 Çərşənbə 01:39
BMT baş katibi Pan Ki Mun Suriyaya qarşı herbi müdaxile ile aparılan müzakireler barede açıqlama verib.
BMT-nin baş katibi Pan Ki Mun Suriyaya qarşı hərbi müdaxilə ilə aparılan müzakirələr barədə açıqlama verib. ANS PRESS xarici mediayaya istinadən məlumatına görə, Pan Ki Mun hərbi müdaxilənin Yaxın Şərqdə xaosa yola aça biləcəyini bildirib: “Suriyada və bölgədəki xaos heç kimə fayda verməz".

Baş katib BMT mütəxəssislərinin Suriya ilə bağlı hesabatının bu gün Təhlükəsizlik Şurasının (TŞ) üzvlərinə təqdim ediləcəyini bildirib. Pan Ki Mun BMT araşdırma missiyanın uğurlu bir iş icra etdiyini bildirməklə yanaşı Suriya məsələsində verilən qərarın yekun hesabata uyğun verilməli olduğunu deyib: “ Araşdılrma missiyası obyektiv , tərəfsiz və beynəlxalq standartlara uyğun çalışıb. Sabah toplanan bütün dəlillər laborotoriyalara çatdırılacaq”.

Laboratoriya nəticələrinin qısa müddətdə BMT TŞ-nın üzvlərinə təadim ediləcəyini bildirən Pan Ki Mun Suriyada kimyəvi silah tətbiqinin təsdiqlənəcəyi təqdirdə büynəlxalq hüquq çərçivəsində günahkarların cəzalandırılmasının vacib olduğunu da sözlərinə əlavə edib. Baş katib iddiaların təsdiqlənəəyi halda TŞ-sı üzvlərinin vahid mövqedən çıxış etməli olduğunu və Suriya məsələsində liderliyi üzərinə götürməli olduğunu deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar