Pan gi–Mun Soçi olimpiadası üçün müraciət etdi
01 Fevral 2014 Şənbə 06:12
Baş katib insidentlərin davam etdiyi ölkələrə müraciət edərək onları atəşkəsə səsləyib.
BMT-nin baş katibi Pan gi-Mun Soçidə keçiriləcək olimpiada üçün başda Suriya olmaqla dünyada iğtişaşların davam etdiyi bütün ölkələrə atəşkəs çağırışı edib. ANS PRESS-in xəbərinə görə, baş katib olimpiada dövründə atəşkəs elan eilməsinin və buna riayət olunmasının qədim bir ənənə olduğunu qeyd edib.

“Olimpiada başlamaq üzrədir. Amma mən Suriya, Mərkəzi Afrika Respublikası, Cənubi Sudan və insidentlərin davam etdiyi digər bölgələrdəki xalqların çəkdiyi acıları düşünürəm. Bütün döyüşən tərəflərdən BMT baş assambleyası tərəfindən qəvbul olunmuş “olimpiada atəşkəsi”nə hörmət göstərmələrini istəyirəm”.

Olimpiada müddətində insidentlər dayandırılacağı təqdirdə tərəflərin uzun müddətli atəşkəs və daimi sülh imkanı əldə edəcəyini deyən Pan gi-Mun bildirib ki, qarşıdakı bir neçə həftə ərzində olimpiada məşəli, xalqlar bir yerə toplaşanda nələrin mümkün olacağını xatrladacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar