Pan Gi Mun BMT-nin baş katibi vəzifəsinə təsdiqləndi
22 İyun 2011 Çərşənbə 00:42
Təşkilata növbəti beş ildə də Cənubi Koreyanın keçmiş naziri Pan Gi Mun başçılıq edəcək.
BMT-nin Baş Assambleyası təqşkilatın hazırkı baş katibi Pan Gi Munu ikinci dəfə beş il müddətinə vəzifəsində təsdiqləyib. Onun namizədliyini ötən həftə BMT Təhlükəsizlik Şurası tövsiyyə etmişdi. Bu tövsiyyə səs çoxluğu ilə qəbul edib. Baş kaiib vəzifəsinə başqa namizəd yox idi.
Pan Gi Mun 13 iyun 1944-cü ildə Cənubi Koreyanın Çxunçxon-Pukto əyalətində anadan olub. O, ali təhsilini Seul Universitetinin beynəlxalq əlaqələr fakültəsində, sonra isə ABŞ-ın Harvard Universitetində alıb. Pan Gi Mun 2003-cü ildə Koreya Respublikası prezidentinin diplomatik məsələlər üzrə xüsusi müşaviri, 2004-cü ildə isə ölkənin xarici işlər naziri olub. O, 2006-cı ildə BMT-nin baş katibi seçilib.
Pan Gi Mun ailəlidir. Onun bir oğlu və iki qızı var. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: