Pan Gi Mun ATƏT-in Astana sammitində çıxış edəcək
24 Noyabr 2010 Çərşənbə 03:00
O, bir sıra ölkələrin liderləri ilə də görüşəcək
BMT-nin Baş katibi Pan Gi Mun dekabrın 1-2-də Qazaxıstanın paytaxtında keçiriləcək ATƏT ölkələrinin sammitinin iştirakçıları qarşısında çıxış edəcək. Bu barədə məlumatı BMT-nin İnformasiya Mərkəzi yayıb. Məlumatda deyilir ki, BMT rəhbəri sammit çərçivəsində bir sıra ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirməyi də planlaşdırır.

Astana görüşü on ildən artıq müddət ərzində ATƏT-in üzvü olan ölkələrin liderləri və yüksək vəzifəli rəsmilərinin iştirakı ilə ilk zirvə toplantısı olacaq. ATƏT-də 56 ölkə təmsil olunur. ATƏT-in əvvəlki sammitləri Helsinki (1975 və 1992-ci illər), Paris (1990), Budapeşt (1992), Lissabon (1996) və İstanbulda (1999) keçirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar