Pakistanlı məhbuslar azadlıqda
09 Mart 2010 Çərşənbə Axşamı 19:50
Hindistan Ali Məhkəməsi 16 məhbusu azad edib
Hindistan Ali Məhkməsi ölkədə həbsdə olan 16 pakistanlının azad edilməsi barədə qərar qəbul edib. Ali məhkəmənin hakimi Markandey Kadju müxtəlif cinayətlərə görə həbsdə olan şəxslərin azad olunduğunu bildirib.
Məhkumların iki ölkə arasında aparılan diplomatik yaxınlaşmanın bir hissəsi olması isə hakim tərəfindən rədd edilib. Markandey Kadju məhkəmə qərarının heç bir təzyiq altında olmadan verildiyini söyləyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: