Pakistanın sabiq prezidenti həbs edilə bilər
08 Yanvar 2012 Bazar 12:25
Pərviz Müşərrəf sabiq baş nazir Bənazir Bhuttonun ölümündə şübhəli bilinir.
4 ildən çoxdur İngiltərədə yaşayan Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf həbs edilə bilər. Pakistan Ali Məhkəməsinin yaydığı məlumata görə, eks-prezident Pakistana qayıdacağı təqdirdə, ölkənin keçmiş baş naziri Bənazir Bhuttonun sui-qəsd nəticəsində öldürülməsi ilə bağlı istintaq işi çərçivəsində həbs olunacaq.

Pərviz Müşərrəf 2007-ci ildə Bənazi Bhuttonun öldürülməsi ilə əlaqəli olmaqda şübhəli bilinir. Müşərrəfə yaxın mənbələr isə onun bu ayın sonlarında Pakistana qayıdaraq, 2010-cu ildə yaratdığı "Bütün Pakistan İslam Birliyi Partiyası"nın başına keçəcəyini bildirib.

Xatırladaq ki, 1999-cı ildə ordu komandanı olarkən, hərbi çevrilişlə dövlət in başına keçən Pərviz Müşərrəf 2008-ci ildə istefa vermək məcburiyyətində qalmış və İngiltərədə məskunlaşmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar