Pakistanın Kohat əyalətində partlayış baş verib
17 İyun 2012 Bazar 09:57
Əl arabasına yerləşdirilmiş partlayıcının işə düşməsi 7 nəfəri məhv edib.
Pakistanın Kohat əyalətində partlayış baş verib. Pakistan polisinin verdiyi məlumata görə, əl arabasına yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində azı 7 nəfər həyatını itirib. Onların arasında polis əməkdaşlarının da olduğu bildirilir. Hadisəyə görə heç kim məsuliyyəti öz üzərinə götürməsə də, bir qədər əvvəl Landi-Kotal şəhərində baş vermiş partlayış sonuncu terror aktının da təhlükəsizilik qüvvələrini və ictimai yerləri hədəf alan Taliban silahlıları tərəfindən törədildiyi ehtimal edilir.

Qeyd edək ki, Landi-Kotal şəhərində törədilən partlayışda azı 26 nəfərin öldürüldüyü, 60-a yaxın insanın isə yaralandığı bildirilirdi. Polis, həmçinin, eyni gündə Kuçlak şəhərində də zorakılıq halları qeydə alıb. Məlumata görə, bir nəfərin müqəddəs Qurani-Kərim kitabını yandırmağa cəhd etməsi sakinlərin qəzəbinə səbəb olub. Sakinlər polis məntəqələrindən birinə, həmçinin, 5 maşına od vurublar. Qurani-Kərimi yandırmağa cəhd edən şəxsin həbs edildiyi bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar