Pakistandan ürək ağrıdan mənzərə
07 Avqust 2010 Şənbə 23:45
Evləri su altında qalan insanlar qida uğrunda mübarizə aparır.
Ötən həftə Pakistanda 1600 nəfərin ölümü, 12 milyon insanın zərərçəkməsi ilə nəticələnən təbii fəlakətdən sonra ordu helikopterlərlə insanlara ərzaq paylamağa başlayıb.
Yeni sellərin olacağı barədə xəbərlər insanları daha da təşvişə salıb. Ölkənin əsasən əkinçilikdən və xarici yardımlardan asılı olan iqtisadiyyatına isə sarsıdıcı zərbə dəyib.
Əhalinin hamısını evakuasiya edə bilməyən hökumət isə əhaliyə yalnız helkikopertlə düyü paketləri paylamaqla kifayətlənə bilir. Ərzaq çatışmazlığından əziyyət çəkənlərin qida uğrunda mübarizəsi isə həqiqətən də ürək ağrıdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: