Pakistanda törədilən partlayışları Taliban törədibmiş
13 İyun 2009 Şənbə 10:30
"Pişəvərdəki Pearl Continental otelinə hücum etdik. Çünki, xaricilər bu otelə gələrək İslama və Taliban üzvlərinə qarşı sui-qəsd hazırlayırdılar"

 

Pakistanda Pişəvər və Lahor şəhərlərində baş verən partlayışlara görə məsuliyyəti Taliban hərəkatı öz üzərinə götürüb. "Pişəvərdəki Pearl Continental otelinə hücum etdik. Çünki, xaricilər bu otelə gələrək İslama və Taliban üzvlərinə qarşı sui-qəsd hazırlayırdılar". "Əl-Qaidə"yə bağlı olan Pakistan Taliban hərəkatının sözçüsü France Press agentliyinə telefonla verdiyi müsahibədə belə deyib.

Xatırladaq ki, Pişəvər şəhərindəki 5 ulduzlu oteldə partlayış nəticəsində ikisi BMT əməkdaşı olmaqla 9 nəfər həlak olub, 52 nəfər isə xəsarət alıb.

Sözçü həmçinin iyunun 12-də Lahor şəhərində bir məscid yaxınlığında törədilən partlayışı da onların törətdiklərini bildirib. Qeyd edək ki, həmin partlayış nəticəsində Talibanın hücumlarını qəti tənqid edən imam Sarfraz Naemi hədəfə alınmışdı. Hadisə nəticəsində o və köməkçisi öldürülmüşdü. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar