Pakistanda şiə məscidində terror aktı həyata keçirilib
30 Yanvar 2015 Cümə 15:38
Pakistanda şiə məscidində terror aktı həyata keçirilib. Hadisə nəticəsində ən azı 20 nəfər dünyasını dəyişib.
Pakistanda şiə məscidində terror aktı həyata keçirilib.

ANS PRESS-in məlumatına görə, bombalı hücum şiələrə aid məscidə cümə namazı zamanı edilib. Pakistanın Sind əyalətində baş verən hadisə nəticəsində ən azı 20 nəfər dünyasını dəyişib.

Polislərin bildirdiyinə görə, partlayış Mövla Kərbəla məscidində təxminən 300 adam namaz qılarkən baş verib. Bombanın əvvəlcədən məscidə yerləşdirildiyi ehtimal edilir.

Hadisə nəticəsində məscidin damı çöküb, təxminən 50 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, Pakistan prezidenti Məmnun Hüseyn terror aktını qınayan kəskin bəyanatla çıxış edib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar