Pakistanda partlayış olub, 13 adam ölüb
25 Yanvar 2011 Çərşənbə Axşamı 20:50
Məsuliyyəti "Taliban" qruplaşması öz üzərinə götürüb.
Pakistanın Lahor şəhərində şiələrin yürüşü zamanı partlayış baş verib. Nəticədə 13 nəfər həlak olub, 50-dən çox adam yaralanıb. Bu barədə şəhər polisinin səlahiyyətli nümayəndəsi məlumat yayıb.

BBC-nin məlumatına görə, hadisənin məsuliyyətini "Taliban" qruplaşması öz üzərinə götürüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar