Bu gün Pakistanın şimal-qərbində kamikadzenin içərisində partladıcı qurğunun olduğu avtomobillə sərhəd-keçid məntəqəsinə çırpılaraq onu partlatması nəticəsində üç mühafizəçi həlak olub. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Assoşieyted press” məlumat yayıb.
İlkin məlumatlara görə, hücum Əfqanıstanla sərhəddə yerləşən qeyri-sabit Şimali Vəzistan vilayətinin Mir-Əli şəhərinin səkkiz kilometrliyində baş verib.
Partlayış nəticəsində daha üç nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Xatırladaq ki, Şimali Vəzistanda Əfqanıstanın “Taliban” hərəkatı güclü təsirə malikdir. /ANS PRESS/