Pakistanda NATO təchizat yollarının açılmasına etiraz edirlər
15 İyul 2012 Bazar 11:47
Peşevər şəhərində baş tutan aksiyaya minlərlə insan qatılıb.
Pakistanda NATO təchizat yollarının açılması ilə bağlı hökumətə qarşı etirazlar davam edir. Ötən gün Peşevər şəhərində baş tutan aksiyaya minlərlə insan qatılıb. Əksəriyyəti Pakistan Ədalət Hərəkatı Partiyasının tərəfdarı olmaqla bir araya gələn minlərlə aksiya iştrakçıları Birləşmiş Ştatlar və Şimali Atlantika Müqavilə Təşkilatına qarşı şuarlar səsləndiriblər. Partiyanın rəhbəri İman Xan çıxışı zamanı qeyd edib ki, hökumət ABŞ hava qüvvələri tərəfindən öldürülən əsgərləri unutmamalıdır.

«Mən NATO-nun kəşfiyyat təyyarələri tərəfindən vurulan pakistanlıların siyahısını istəyirəm. Kimdir onlar? Onlar Paksitan vətəndaşlarıdır. Hökumət onları unuda bilməz. Onların xatirəsi əbəbdi tutulmalıdır» - deyə Xan sözlərini ifadə edib.

Çıxışı zamanı Xan, həmçinin, Sentyabr ayının sonunda tərəfdarlarını yürüşə səsləyib.

Xatırladaq ki, ötən ilin 24 noyabr tarixində ABŞ hava qüvvələrinin 24 Pakistan əsgərini öldürməsi iki ölkə arasında gərginliyin yaranmasına, nəticədə isə, NATO təchizat yollarının bağlanmasına səbəb olmuşdu. Uzun müddət sürən danışıqlardan və hadisəyə görə rəsmi Vaşinqtonun üzr istəməsindən sonra iyul ayının 3-ündə yolların açılmasına qərar verildi. Bu qərar isə ölkədə bir mənalı qarşılanmır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar