Pakistanda güclü zəlzələ baş verdi
19 Yanvar 2011 Çərşənbə 01:10
Pakistanda güclü zəlzələ baş verdi. 7,4 bal gücündə zəlzələ ölkənin cənub-qərbində qeydə alınıb.
Pakistanın cənub-qərbində 7,4 bal gücündə zəlzələ baş verib. Bu barədə məlumat ABŞ-ın Geoloji Xidmətinin internet saytında yerləşdirilib.

Yerli vaxtla saat 01.23-də (Bakı vaxtı ilə saat 00.23) qeydə alınan yeraltı təkanların episentri Dalbandin şəhərindən 55 kilometr qərbdə qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.

Mümkün tələfat və dağıntı ilə bağlı məlumat hələlik yoxdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar