Pakistanda güclü partlayış olub. Terror aktı məhkəmə binasında baş verib.
Pakistanın Peşəvər şəhərində məhkəmə binasında güclü partlayış baş verib. Hadisə bu gün səhər saatlarında baş verib. Polisin məlumatına görə, terror aktı nəticəsində 16 nəfər ölüb, 26 nəfər yaralanıb. Ölənlər arasında hüquq-mühafizə orqanlarının 3 əməkdaşının olduğu da bildirlir. Partlayışı terrorçu kamikazdenin törətdiyi xəbər verlir. Polisin verdiyi məlumata görə, kamikadze əynindəki şəhid kəmərini məhkəmə binası qarşısında partladıb. Partlayışa görə məsuliyyəti hələ ki, heç bir terror təşkilatı öz üzərinə götürməyib.
ANSPRESS