Pakistanda çox güclü zelzele olub
24 Sentyabr 2013 Çərşənbə Axşamı 17:47
Təkanların gücü 7,8 bal olub. Tekanların gücü 7,8 bal olub.
Pakistanın cənub-şərqindəki Bəlucistan bölgəsində güclü zəlzələ qeydə alınıb. ANS PRESS-in "CNNTürk"ə istinadla verdiyi məlumata görə, ABŞ Geoloji Araşdırmalar Təşkilatı (USGS)
yeraltı təkanların gücü 7,8 bal olduğunu açıqlayıb. Zəlzələ Belucistan və Heydərabad daxil olmaqla ölkənin başqa bölgələrində, eləcədə Hindistanda da hiss edilib. Yerli telekanallar təkanların iki dəqiqiəyə yaxın davam etdiyini bildiriblər.
İlkin məumata görə, zəlzələ nəticəsində təlafat barədə informasiya yoxdur.
DOSTLARINLA PAYLAŞ: