Pakistanda Peşavar şəhərindən cənubda avtobus dayanacağında partlayış baş verib. Nəticədə ən azı iki nəfər ölüb, 18 nəfər yaralanıb. Bu barədə BBC məlumat verib.
Polis partlayışın hökumətin rayonda qiyamçılara qarşı keçirdiyi tədbirlərə cavab olduğunu hesab edir. /ANS PRESS/