Pakistanda ağır döyüşlər gedir
18 Oktyabr 2009 Bazar 04:50
Pakistanda ağır döyüşlər gedir. “Taliban”a qarşı əməliyyatda 30 min əsgər iştirak edir.
Pakistanın qərbindəki Cənubi Vəziristan bölgəsində “Taliban” döyüşçüləri ilə hökumət qoşunları arasında ağır döyüşlər gedir. Bu barədə məlumatı Qərb KİV-i Pakistan hakimiyyətinə istinadən yayıb.
Daxil olan məlumatlara görə, bir neçə istiqamətdən hücuma keçən Pakistan ordusu hava və artilleriya zərbələri endirir. Hərbçilər arasında itkilər barədə məlumatlar var.
Pakistan hökuməti Cənubi Vəziristan vilayətində “Taliban”a qarşı çoxdan planlaşdırılan hərbi əməliyyatlara ötən gün start verib. Hücumda 30 min əsgər iştirak edir. Onlar sayı təxminən 10 min nəfərə bərabər olan “Taliban” silahlılarına qarşı döyüşürlər. Əməliyyatlara Pakistanda 150-dən artıq adamın həlak olması ilə nəticələnən ardıcıl terror aksiyaları səbəb olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: