Pakistanda 8 yaşlı kamikadze ələ keçirildi
21 İyun 2011 Çərşənbə Axşamı 06:28
Azyaşlı qız nəzarət buraxılış məntəqəsini partlamalıymış.
Pakistanın Əfqanıstanla sərhəddindəki Aşağı Dir ərazisində intihar kəməri geyinmiş 8 yaşlı qız polis tərəfindən zərərsizləşdirilib. Polis rəsmisinin dövlət telekanalı “PTV”-yə verdiyi məlumata görə, 8 yaşlı Sohana Cəvaid nəzarət buraxılış məntəqəsində kamikadze hücum törədəcəyi vaxt ələ keçirilib. Bu, buraxılış məntəqəsinə yaxınlaşan azyaşlının qorxaraq ağlaması və qışqırmasından sonra baş verib.
Polis 8 yaşlı qızın yaşadığı kənddən qaçırılaraq təlim düşərgəsinə aparıldığını, burada kamikadze hücumçusu olmağa məcbur edildiyini deyib.
Qeyd edək ki, hal-hazırda Pakistanın Şimal Qərbində olan Vəziristandakı terrorçu düşərgələrində 400-dən çox kamikadze hücumçu olduğu güman olunur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: