Pakistanda 32 nəfər sel qurbanı olub
20 İyul 2009 Bazar Ertəsi 16:20
Ölkənin ən böyük şəhəri olan Karaçi sel sularının altında qalıb

Pakistanı güclü yağışlar cənginə alıb. Ən son məlumatlara görə, təbii fəlakət nəticəsində 32 nəfər ölüb. Ölkənin ən böyük şəhəri olan Karaçi demək olar ki, su altında qalıb, yüzlərlə ev dağılıb. Elektrik xətləri qırıldığından bir neçə saat bütün şəhər işıqsız qalıb. Elektrik xətlərinin qırılması isə hətta bir necə nəfərin ölümünə səbəb olub. Belə ki, şəhər merinin sözlərinə görə, naqillər su altında qalan küçələrə düşdüyündən insanları elektrik vurmasından xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 16 milyondan artıq əhalisi olan və Pakistanın əsas ticarət şəhəri sayılan Karaçidə kanalizasiya sistemi də köhnə və yarasız olduğundan bu qədər su axınına tab gətirə bilmir.
Xatırladaq ki, 2007-ci ildə baş verən musson yağışlar nəticəsində Kəraçidə 250 nəfər ölmüşdü. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar