Pakistanın şimal-qərbində aramsız yağan yağışlar nəticəsində yaranan daşqınlar ən azı 27 nəfərin həyatına son qoyub. ANS PRESS-in “Associated Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə yerli hakimiyyət orqanlarından bildirilib.
Məlumata görə, hadisə nəticəsində daha 9 nəfər itgin düşmüş hesab olunur. Təbii fəlakət əsasən Mardan və Svabi rayonlarına güclü ziyan vurub. “Taliban” hərəkatının döyüşçüləri ilə döyüşlərin aparıldığı vilayətlərdən qaçqın düşənlərin əksəriyyəti bu rayonlarda məskunlaşıb.
Hazırda təbii fəlakətin baş verdiyi rayonlarda 400-dən artıq ev su altında qalıb. Təbii fəlakətlərdən bu və ya digər formda təqribən 80 min insan zərər çəkib. Belə ki, onların bir çoxuna təcili yardım lazımdır. /ANS PRESS/