Pakistan talibleri yeni lider seçibler
08 Noyabr 2013 Cümə 06:54
Qeddarlığı ile ad çıxarmış Molla Fezlullahın qruplaşmaya rehberlik edeceyi bildirilir.
Bu yaxınlarda başsız qalmış Pakistanın Taliban qruplaşması, özünə yeni lider seçib. Molla Fəzlullah bir neçə gün davam etmiş götür-qoydan sonra Talibanın şurası tərəfindən yekdilliklə qruplaşmanın yeni rəhbəri seçilib. Bu barədə Talibanın Şurasının rəhbəri Əsmətulla Bitani bəyanat yayıb.

Şuranın bu qərarı, ABŞın Şimali Vəziristanda həyata keçirdiyi pilotsuz təyyarə zərbəsi ilə qruplaşmanın lideri Hakimullah Məhsudun ölümündən bir həftə keçməmiş gəlib. Taliban Şura lideri Bitani digər tərəfdən yeni hökümətlə sülh danışıqlarını qəti şəkildə rədd edib və baş nazir Nəvaz Şərifi prezident Barak Obama ilə 23 otkyabr görüşündə qruplaşmanı ABŞ-a satmaqda ittiham edib.

“Pakistan və Taliban liderləri arasında sülh danışıqları sadəcə olaraq düşmənin tələsidir” - deyə qruplaşmanın bəyanatında bildirilir.

Fəzlullah buna qədər Şimali Svət vadisində qərarlaşsa da, hazırda onun Əfqanıstan ərazisində gizləndiyi bildirilir. Şəriət ölçülərinin tətbiq olunmasını istəyən Fəzlullah bir müddət yerli radioda müntəzəm olaraq çıxış etdiyindən ona “Molla radio” adı verilib. Onun başçılıq etdiyi dəstə, 2007-ci ildə rəqiblərin başını kəsmək, məktəbləri partlatmaq, qadınların bazara getməsinə mane olmaqla yerli sakinlər arasına qorxu salıb. Fəzlillah və onun qruplaşması həmçinin qadın haqqlarının müdafiəsinə qalxan yeniyetmə fəal Məlalə Yusifzaiyə qarşı suiqəsddə şübhəli bilinir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar