Pakistan ŞOS-a tamhüquqlu üzv olmaq istəyir
15 İyun 2009 Bazar Ertəsi 11:10
Bunu ölkə prezidenti Asif Əli Zərdari bildirib

"Pakistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞOS) tamhüquqlu üzv olmaq istəyir". Qazeta.ru-nun məlumatına görə, bunu ölkə prezidenti Asif Əli Zərdari bildirib. Onun sözlərinə görə, ölkəsi bu quruma üzvlüyə böyük önəm verir. "Bizim fikrimizcə, inamın möhkəmləndirilməsində, regional təhlükəsizlikdə və iqtisadi sahədə əməkdaşlıqda əhəmiyyətli mövqe tutur. Biz ŞOS-un proqramlarında və tədbirlərində iştirak etmək, eləcə də onun tapşırıqlarının həyata keçirilməsində rol oynamaq istərdik"./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar