Pakistan Senatı Azərbaycanla bağlı qətnamə qəbul etdi
07 Oktyabr 2013 Bazar Ertəsi 10:09
Qətnamədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü dəstəklənib, Ermənistanın işğalçı mövqeyi qəti pislənilib.
Pakistan Senatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən daha bir qətnamə qəbul edib.
Senatının xarici əlaqələr, Kəşmir və Gilgit-Baltistan komitəsinin sədri Haci Adil çıxış edərək Pakistan Senatı və Milli Assambleyasının nümayəndə heyətinin Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün bu ölkəyə səfər edəcəyini bildiriblər.

İclasda çıxış edən xarici işlər nazirinin müavini Masrur Cuneci Azərbaycanın tarixi, iqtisadiyyatı, xarici siyasəti, mədəniyyəti, dini dəyərləri, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi, Azərbaycan-Pakistan münasibətləri haqqında geniş məlumatlar verib.

Pakistan Senatının müdafiə və müdafiə sənayesi komitəsinin sədri Seyid Müşahid Hüseyn və ölkənin ana müxalifəti olan Pakistan Xalq Partiyasının təmsilçisi, senator Cahagir Bader qətnamə layihəsini təqdim ediblər. Sənəddə Pakistan xalqı və parlamenti adından Azərbaycan hökumətinə Kəşmir məsələsində tutduğu prinsipial mövqeyə görə minnətdarlıq hissi izhar olunub. Qətnamədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam dəstəklənmiş, Ermənistanın işğalçı mövqeyi qəti pislənilmiş, həmçinin BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinin tezliklə icra olunması tələbi irəli sürülüb.

Qətnamə yekdilliklə qəbul edilib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar