Pakistan hökuməti devrildi, baş nazir həbs edildi
15 Yanvar 2013 Çərşənbə Axşamı 16:23
Konstituasiya Məhkəməsi etiraz dalğasının təsiri ilə belə qərar verib.
Pakistanda hökumət devrildi. Pakistan Konstitusiya Məhkəməsi korrupsiyaya qarşı etiraz aksiyalarını da əsas göstərərək, hökuməti devirib və baş nazir Raca Pərvəz Əşrəfin həbsinə sanksiya verib. Sanksiyaya əsasən Baş nazir və aralarında nazirlərin də olduğu daha 16 nəfər həbs edilib.

Məhkəmə Baş nazir Əşrəfin su və enerji naziri olduğu dövrdə mobil enerji icarəsi layihələrində korrupsiyaya yol verdiyinə və ölkəyə böyük ziyan vurduğunu nəzərə alaraq həbs qərarı verdiyini açıqlayıb. Raca Pərvəz Əşrəfin sabah məhkəməyə çıxarılacağı gözlənilir.

Ölkədə dünən başlayan və "Böyük Yürüş" adı verilən aksiya paytaxt İslamabada yayılıb. Hərəkatı Tahir ül-Qədri adlı bir din xadimi başladıb və onun 20 minə yaxın tərəfdarı bütün Pakistandan İslamabada axışıb. "Bu, inqilabın başlanğıcıdır" - deyə, din xadimi bu səhər tərəfdarları qarşısında çıxışında bildirmiş, nümayişçiləri öz məqsədlərinə çatmayanadək paytaxtı tərk etməməyə, Qahirədəki Təhrir meydanını xatırlatmağa çağırmışdı. Etiraz aksiyasının məhkəmənin qərarına da təsir edəcəyi ehtimal edilir.

Xatırladaq ki, ötən ilin sonlarında Pakistanın Konstitusiya Məhkəməsi sabiq baş nazir Yusuf Rəza Gilaninin səlahiyyətlərinə də son vermişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar