Əfqanıstan sərhədində "Taliban" silahlıları ilə mübarizə aparan Pakistan 2009-2010 maliyyə ilində müdafiə xərclərini 15,3 faiz artırmağa qərar verib. Pakistanda müdafiə xərcləri 1 iyulda başlayan yeni maliyyə ilində 432,9 milyard rupiyə (4 milyard dollara yaxın) yüksəldiləcək. 2008-2009 maliyyə ilində müdafiə xərcləri 296,07 milyard rupi təşkil edib.
ANS PRESS-in «Haberler.com»a istinadən verdiyi məlumata görə, maliyyə naziri Hina Rəbbani Har bu gün parlamentdəki çıxışında Pakistanın yalnız terrorçuluqla mübarizədə ön sırada iştirak edən ölkələrdən biri olmadığını, eyni zamanda ölkə içində terrorçularla mübarizə apardığını xatırladıb.
Pakistan aprelin sonunda Svat vadisi ilə İslamabadın şimal qərbindəki qonşu bölgələrdə "Taliban" silahlılarına qarşı üçün böyük bir əməliyyata başlayıb. /ANS PRESS/