Pakistan da Kosovonun müstəqilliyini tanıyacaq
06 Avqust 2010 Cümə 21:05
Hazırda məsələ İslamabadda nəzərdən keçirilir.
Pakistan Kosovonın müstəqilliyini tanıya bilər. Priştinada nəşr olunan “Koxa ditore” adlı qəzet bu barədə məlumatı Pakistan Xarici İşlər Nazirliyinə istinadən yazıb. Məqalədə qeyd olunub ki, Pakistan XİN-nin Avropa Departamentinin direktoru İsrar Hüseyn hazırda ölkəsinin müvafiq məsələni nəzərdən keçirdiyini bildirib. Diplomatın sözlərinə görə, rəsmi İslamabadın mövqeyi yaxın vaxtlarda bəlli olacaq: “Bu, ola bilər ki, növbəti həftədə də baş versin”.

Qeyd edək ki, iyulun 22-də Beynəlxalq Haaqa Məhkəməsi Kosovonun Serbiyadan ayrılaraq birtərəfli qaydada elan etdiyi müstəqillik qərarını təsdiqləyib. Beynəlxalq məhkəmə Kosovonın müstəqilliyinin elan edilməsininin beynəlxalq qanunvericiliyi pozmadığını bəyan edib.

Haaqa məhkəməsinin sədri Hisaşi Ovada bəyan edib ki, Kosovonun müstəqilliyinin elan edilməsi beynəlxalq hüquqa zidd addım deyil. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar