Özbəkistanın KTMT-dakı üzvlüyünə rəsmən son qoyuldu
19 Dekabr 2012 Çərşənbə 15:18
Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Moskvada bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Özbəkistanının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) üzvlüyünü rəsmən dayandırılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Moskvada bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Biz onların müraciətini müsbət cavablandırdıq və KTMT-dəki fəaliyyətlərinə son qoyduq”, - deyə A. Lukaşenko bildirinb.
Qeyd edək ki, Özbəkistan bu ilin iyun ayında təşkilatın katibliyinə müraciət ünvanlayaraq orada üzvlüyünə son qoyulmasını xahiş etmişdi. KTMT-da Rusiya, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Belarus və Ermənistan üzvdür. Təşkilat 1992-ci ilin 15 mayında yaradılıb.
DOSTLARINLA PAYLAŞ: