Özbəkistanın Əndican vilayətində yenə atışma başlayıb
26 May 2009 Çərşənbə Axşamı 12:35
Qırğız-özbək sərhədi bununla əlaqədar bağlanıb

 

Qırğızıstanın sərhəd xidməti özbək tərəfinin xahişi ilə Özbəkistanla sərhədini bağlayıb.

Qırğız KİV-ləri tərəfi bunu Özbəkistanda baş vermiş qarışıqlıqla izah edib. Eyni zamanda Qırğızıstan Daxili İşlər Nazirliyi (DİN) hər iki ölkəni birləşdirnə Xanabad sərhəd qapısının özbək tərəfində, yəni Əndican vilayətində atışma düşdüyünü və yaralıların olduğunu bildirir.

Qeyd edək ki, 2005-ci ildə Əndicanda hökumətlə müxalifət arasında baş vermiş qarşıdurma nəticəsində 187 adam həlak olmuşdu. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar