Özbəkistandan həyəcanlı xəbərlər gəlir
27 Mart 2013 Çərşənbə 08:35
Prezident İslam Kərimovun infarktdan sonra vəziyyətinin ağırlaşdığı bildirilir.
Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova atasının sağlamlıq durumunun kritik həddə olmasına dair yayılmış xəbərləri təkzib edib. “Twitter” istifadəçisinin suallarını cavablandıran G.Kərimova deyilənlərin yalan olduğunu vurğulayıb. “Prezidentimizin Novruz şənliklərində 20 dəqiqə rəqs etməsini gördükdən sonra belə söhbətləri yaymaq sadəcə anormallıqdır”, - deyə dövlət başçısının qızı bildirib.
Bununla belə xaricdə fəaliyyət göstərən müxalif Özbəkistanın Xalq Hərərəkatı iddia edir ki, Novruz şənliklərinin ikinci günü İslam Kərimovu infarkt vurub. Dövlət KİV-lərindəki mənbəyə istinadən edən qurumun saytı Özbəkistan prezidentinin infarktdan sonra vəziyyətinin ağırlaşdığını yazıb.
DOSTLARINLA PAYLAŞ: