Özbəkistanda zəlzələ baş verib. ANS PRESS-in CNN Türk-ə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar ölkənin cənubundakı Surhandərya vilayətinin Denav yaşayış bölgəsində qeydə alınıb. Saat 23:34 radələrində baş verən və rixter şkalası üzrə 5,3 bal gücündə olan zəlzələnin episentri paytaxt Daşkənddən 365 km, vilayət mərkəzi Termezdən isə 115 km aralıda olub. Zəlzələ nəticəsində dağıntı və zərərçəkənlər barəsində hələlik heç bir məlumat yoxdur. /ANS PRESS/